ALPHA Coaching & Consulting şirkətinin yeni ofisi açılmışdır.

Kouçinq, konsaltinq və peşəkar biznes təlimləri üzrə ən yükşək keyfiyyətli xidmətlər təqdim edən  ALPHA Coaching & Consulting şirkəti 2011-ci ildən rəsmi olaraq fəaliyyət göstərir.

1 oktyabr 2016-cı il tarixində şirkətimizin tarixinə daha bir əlamətdar hadisə yazıldı. Belə ki, Badamdar Hoteldə yerləşən yeni ofisimiz artıq müştərilərimizin istifadəsinə verildi. Ofis ən müasir tələblərə cavab verən şəraitlə tam təmin olunmuşdur.

Ofisimizin qapıları inkişaf və bilik axtaranlar üçün həmişə açıqdır. Buyurun, gəlin.