Azərsun Akademiyasında təlimlərimiz davam edir.

Ölkəmizin aparıcı istehsalçı və ixracatçı şirkətlərindən olan Azərsun Holdinq həm də əməkdaşlarının inkişafına verdiyi əhəmiyyətə görə seçilən şirkətdir. Bu Holdinqin özünə aid təlim-tədris Akademiyası var və hər il minlərlə Azərsun əməkdaşı bu Akademiyada müxtəlif mövzulu təlimlərlə özünü yetişdirmə imkanı əldə edir.

Azərsun Akademiyasının tərəfdaşlarından biri ALPHA Coaching & Consulting şirkətidir. İndiyə qədər yüzlərlə Azərsun əməkdaşı şirkətimizin keçirdiyi təlimlərdə iştirak etmişdir.

Azərsun Akademiyasındakı növbəti təlimimiz 15.11.2016 tarixində baş tutmuşdur. Təlimçimiz Peşəkar Kouç Fidan Əzimlinin təqdimatında keçirilən Komanda quruculuğu / Teambuilding təlimləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.