ICF tərəfindən akkreditə edilmiş Peşəkar Kouçinq təlimləri Bakıda

ICF (Beynəlxalq Kouç Federasiyası) tərəfindən akkreditə edilmiş və xarici müəllimlərin təqdimatında ACSTH sertifikasiya proqramı.

Peşəkar kouçinq tədrisinin dünyadakı əsas məktəblərindən sayılan Kanada mərkəzli Adler International Learning ilə Azərbaycanda kouçinq və təlim xidmətləri verən ALPHA Coaching & Consulting şirkəti arasında prinsipial partnyorluq razılığı əldə olunmuşdur. Sazişə əsasən, Amerika və Avropa ölkələrində 500-dən çox şirkətə və 5000-ə yaxın idarəçiyə xidmət göstərmiş Adler International Azərbaycanda yeganə təmsilçisi olan ALPHA Coaching & Consulting şirkətinin vasitəsi ilə öz xidmətlərini təqdim edəcəkdir.

Adler Intenational Learning İnstitunun Sertifikatlaşdırılmış ACSTH Peşəkar Kouçinq Proqramları ilə mövcud potensialınızı artıraraq həm peşəkar, həm də şəxsi həyatınızda fərqliliklər yaratmağa nail olacaqsınız.

Kouçinq proqramımız Beynəlxalq Kouç Federasiyası (ICF) tərəfindən tam akkreditə olunmuşdur.

Proqram peşəkar inkişaflarını və həyatlarında müsbət dəyişiklikləri hədəfləyən hər bir şəxs üçün nəzərdə tutulmuşdur.

Təlimlər iştirakçıların tələbinə əsasən türk və ya ingilis dillərində aparılacaqdır.

PROQRAMIN TARİXİ VƏ MƏZMUNU

Sertifikatlaşdırma proqramlarımız 15 gün davam edən 3 modulluq praktik təlimlərdən ibarətdir:

21-25 fevral: Modul 1 – Peşəkar kouçinqin əsasları
11-15 aprel:  Modul 2 – Bir peşə olaraq kouçinq: “Kouçinqin infrastrukturu”
09-13 may:  Modul 3 – Kouçinqdə ustalığa yüksəlmə

 

Modul 1: Peşəkar kouçinqin əsasları ( 5 gün / 32 saat )

  • Kouçinqin konseptual əsasları;
  • Adlerin kouçinq modeli və tətbiqləri;
  • Kouçinqin əsas səriştələri;
  • Kouçinq üçün başlanğıc səviyyəli vasitə və üsullar;
  • Kouçinqin səriştə, vasitə və texnikalarını praktiki tətbiq etmə imkanları;
  • Tele-sinifə 2 giriş haqqı və 2 sərbəst ev tapşırığı. 

Modul 2 : Kouçinq peşə kimi: “Kouçinqin infrastrukturu” (5 gün / 32 Saat)

  • İş mühitində kouçinq bilik və səriştələrinin aktiv şəkidə tətbiqi;
  • Xüsusi alət və üsullar, iş mühitində kouçinq prosesləri;
  • Bacarıqların daha da inkişaf etdirilməsi və ümumi kouçinq biliyinin dərinləşdirilməsi;
  • 2 sərbəst ev tapşırığı.

Modul 3: Kouçinqdə ustalığa yüksəlmə ( 5 gün/ 30 saat)

  • Beş başlıq altında kouçinq səlahiyyətlərini dərinləşdirmək;
  • Ustalığı hədəfləyən tələbə olaraq kouç və müştəri münasibətləri;
  • Liderlik baxışı ilə kouçinq;
  • Yaradıcılıq və xəyal gücünün təsirli şəkildə istifadə olunması.

ÖDƏMƏ ŞƏRTLƏRİ HAQQINDA

Proqramın qiyməti: 5100 USD

Ödəmələr 3 yerə bölünərək, hər modulun əvvəlində həyata keçirilə bilər. Ödəmələr Azərbaycan Manatı ilə həyata keçiriləcəkdir və valyuta konvertasiyası günün rəsmi valyuta məzənnəsinə indekslənərək aparılacaqdır.

Şirkətlər üçün qrup endirimləri mövcuddur.

15.01.2018 tarixinədək edilən ödəmələrdə endirimlər mövcuddur. Endirimlər üçün ofisimizlə əlaqə saxlamağınız xahiş olunur.

Qeydiyyat üçün və ödəmə barədə məlumat almaq üçün www.coach.az səhifəsinə müraciət etməyiniz xahiş olunur.

Ətraflı məlumat üçün (+99412) 409 43 39 və ya (+99455) 909 22 22  nömrəli telefonlar vasitəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

ALPHA Coaching & Consulting şirkəti