Oriflame şirkətinin 250-dən çox əməkdaşına təlimlər keçirilmişdir.

Noyabr ayının 4-ü və 24-ü Oriflame Azərbaycan şirkəti ilə ənənəvi əməkdaşlığımız çərçivəsində iki maraqlı təlim keçirdik.

4 Noyabrda “Qalaaltı Hotel & Spa Complex”-də keçirilən və şirkətin 50-yə yaxın yüksək vəzifəli rəhbərinin qatıldığı “Şəxsi Effektivlik” təlimimiz iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. İştirakçıların pozitiv əhval-ruhiyyəsi təlimin rəngarəngliyini artırmaqla yanaşı, ALPHA komandası olaraq, bizə də yaddaqalan anlar yaşatdı. Xoş təəssüratlarla ayrıldığımız həmrəy Oriflame komandası ilə yenidən 24 noyabrda görüşdük. “Uğura aparan dəyişikliklərə “Hə” deyin” nitqi Pullman otelində 200-dən artıq Oriflame əməkdaşının qatıldığı tədbirdə təqdim edildi.

Təlimlər ICF təsdiqli Peşəkar Kouç, biznes təlimçi Fidan Əzimli tərəfindən təqdim olunmuşdur.