“ATL Group” üçün “Team building & team spirit” təlimləri keçirilmişdir.

Peşəkar biznes təlimlərimizdən faydalanan növbəti şirkət “ATL Group” oldu.

Dekabr ayının 25-26-sı şirkət əməkdaşları üçün “Komanda quruculuğu və komanda ruhu” təlimi keçirildi. Təlim zamanı interaktiv məlumat mübadiləsi aparıldı, müxtəlif aktiv oyun və tapşırıqlar vasitəsilə fərqli departamentdən olan əməkdaşlar bir-birlərini daha yaxından tanıdı. Təlim iştirakçılar tərəfindən maraqla qarşılandı və komanda ruhunun formalaşmasına şərait yaratdı.

Təlim ICF təsdiqli Peşəkar Kouç, biznes təlimçi Fidan Əzimli tərəfindən aparılmışdır.