“Kouçinq – peşəkarlıqda yeni trend” mövzulu seminar keçirilmişdir.

10 fevralda Şirkətimizin təşkilatçılığı ilə Pullman Hoteldə “Kouçinq – Peşəkarlıqda yeni trend” seminarı keçirilmişdir. Tədbirimizin spikerləri bir-birindən maraqlı çıxışları ilə faydalı bilik və təcrübələrini paylaşdılar. Tədbirə qatılan 200 nəfərə yaxın iştirakçı onları maraqlandıran suallarla peşəkar kouçlarımıza müraciət etmə fürsəti qazandı.

Spikerlərimiz və çıxış mövzuları aşağıdakılar olmuşdur:

Fidan Əzimli – ICF akreditasiyalı Peşəkar Kouçinq Proqramının strukturu, fərqliliyi.
Elçin Əzimli – Kouç tərzli liderlik
Camal Şahverdi –  Kouçinqin iş həyatında faydaları
Könül Seyidova -Mən nə üçün kouçinq peşəsini seçdim?
Canan Pişkin – Biznes sahibləri kouçinqdən necə faydalanır?

Ölkəmizdə bu mövzuların müzakirəsi sevindiricidir, ümidvericidir.

Tədbirə töhfə qatan, dəyər verən, maraq göstərən hər kəsə qucaq dolu təşəkkülər! Dəyərlisiniz!

ALPHA Coaching & Consulting