Biz kimik

Kouçinq, konsaltinq və peşəkar biznes təlimləri üzrə xidmətlər təqdim edən şirkətimiz 2011-ci ildən etibarən fəaliyyət göstərir. ALPHA Coaching & Consulting şirkəti eyni zamanda kouçinq tədrisinin dünyadakı əsas məktəblərindən sayılan Adler International Learning İnstitunun Azərbaycan və keçmiş sovet ölkələrindəki rəsmi nümayəndəsidir və ICF təsdiqli kouçinq təlimləri vermə səlahiyyətinə sahibdir.

 

“ALPHA” sözünün mənası

Korporativ brendimiz “ALPHA” sözü yunan əlifbasının Άλφα, ərəb əlifbasının Əlif, finikiya və yəhudi əlifbalarının Alef hərflərindən ilhamlanaraq yaradılmışdır. Müasir latın əlifbasının ilk hərfi olan “A” hərfi də öz kökünü ALPHAdan alır.

ALPHA fəlsəfədə ilk olmanın və başlanğıcın, ən yaxşının və ən güclünün rəmzi kimi qəbul edilmişdir. Elmin qapısı sayılan Alphabet (bizim dildə Əlifba) sözü ALPHA (Əlif) ilə başlayır. Biz də bu fəlsəfədən ilham alaraq fəaliyyət göstərdiyimiz sahələrdə ən öndə və ən güclü olmağı hədəfləyirik.

İnsan beyninin davamlı şəkildə elektromaqnit dalğaları yaratdığı elm tərəfindən bilinən həqiqətdir və bu hadisə psixofiziologiyada beynin ritmik aktivliyi adlanır. Beyin tərəfindən ötürülən dalğalardan biri və ən vacibi ALPHA dalğalar sayılır.

7.5–12.5 Hz aralığında müşahidə olunan ALPHA dalğalar əsasən insanın gümrah, rahat və sakit psixoloji vəziyyətində generasiya olunur. Beynin ALPHA vəziyyətində hüzurun, diqqət və konsentrasiyanın, dincəlmənin, pozitiv düşüncənin, özünüdərkin, yaradıcılıq və təxəyyülün ən yüksək səviyyəsinə çatır. ALPHA vəziyyəti “həzz hormunu” sayılan endorfinin daha çox ifraz olunduğu və immunitetin gücləndiyi anlardır. Sadəcə ALPHA vəziyyətdə özünütənzimləmə və əsəb sisteminin bərpası mümkündür. Bu dalğalarda ikən beynimizin verdiyi qərarlar daha sağlam və yaradıcı qərarlardır. ALPHA vəziyyəti beynin sağ və sol yarımkürələrinin (məntiq və duyğularımızın) tarazlığa daha yaxın olduğu vəziyyətdir. Nəhayət, ALPHA dalğalarında şüuraltına enmək və intuitsiyaya daha çox güvənmək mümkündür.

ALPHA dalğalarının güclənməsi emosional rahatlanmağa və şüurun genişlənməsinə şərait yaradır. Yaradıcı insanlar bu anı ilham anı adlandırırlar. Dünyadakı bir çox elmi kəşflər və mədəni nəaliyyətlər məhz beynin ALPHA dalğalarını yaşadığı anlarda ortaya çıxmışdır.

MİSSİYAMIZ

Missiyamız özünüdərkin artırılması istiqamətində insanlara köməklik göstərmək, öz potensiallarını və güclü tərəflərini kəşf edib davamlı inkişaf prosesinə daxil olmalarında onlara yol göstərməkdir. Özünükəşf mərhələsində fərdlərə yeni səriştələr qazandırmaq və həyat balanslarının qurulmasında onlara dəstək olmaq bizim ən böyük məqsədlərimizdəndir.

VİZYONUMUZ

Fəaliyyət göstərdiyimiz sektorun qabaqcıl, yenilikçi və fərqlilik yaradan, xidmət və fəaliyyətləri ilə rəqiblərin nümunə götürdüyü, müştərilərin üstünlük verdiyi şirkət olmaq.

Bizimlə necə əlaqə yaratmaq olar?

Xidmətlərimiz haqqında məlumat almaq üçün
(012) 409 43 39 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilər və ya Əlaqə bölməsindəki form vasitəsi ilə müraciət edə bilərsiniz.

ALPHA Coaching & Consulting şirkəti təlim sektorundakı özünü doğrultmuş tərəfdaşlarımızdandır və Azərsun Akademiyası olaraq ALPHAnın şəxsi inkişaf təlimlərindən faydalanırıq.

Cəlal Eynullayev
Azərsun Akademiyası, Direktor