Biznes konsaltinq

İş yerlərimi əlimdən ala bilərsiniz. Fabriklərimi yandıra bilərsiniz. Ancaq, işçilərimi geri versəniz, öz işimi yenidən qura bilərəm.

Henry Ford

İnsan – iqtisadiyyatın ən dəyərli resursudur. Şirkətləri hərəkətə keçirən, zirvələrə yüksəldən ən böyük güc insan resursu olduğu kimi, onları tənəzzülə sürükləyən də mənfi əhval-ruhiyyəli, ruhsuz və həvəssiz, eyni zamanda şəxsi maraqları korporativ maraqlara üstün tutan əməkdaşlardır.

Digər resurslardan fərqli olaraq, insanın düşünən beyni, hiss edən duyğuları var. İnsanlar unikal və təkrarolunmazdırlar, bir-birlərinə bənzəməzlər. Buna görə də fərdi və fərqli yanaşma tələb edirlər.

ALPHA Coaching & Consulting şirkəti əməkdaşlarınızın potensialının kəşf olunması, performans və motivasiyasının artırılması, eyni zamanda şirkətdaxili iqlimin daha da yaxşılaşdırılması üçün bir sıra korporativ həllər təklif edir:

  • Rəhbər vəzifəli və sıravi əməkdaşların potensialının kəşf olunması, onların şəxsi effektivliyinin artırılması üçün alternativ karyera imkanlarının araşdırılması və daha uyğun fəaliyyət sahələrinə istiqamətləndirilməsi;
  • Strateji qərarların qəbulunda daha düzgün seçimlərin edilməsi üçün məsələlərə hakim olma səviyyəsinin aşkarlanması;
  • Biznes danışıqları zamanı ekspert qismində iştirak etmək;
  • Şirkət əməkdaşlarının fərdi xarakteristikasının aşkar olunması;
  • Kollektivin psixoloji portretinin çıxarılması.
Bizimlə necə əlaqə yaratmaq olar?

Xidmətlərimiz haqqında məlumat almaq üçün
(012) 409 43 39 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilər və ya Əlaqə bölməsindəki form vasitəsi ilə müraciət edə bilərsiniz.

ALPHA Coaching & Consulting şirkəti təlim sektorundakı özünü doğrultmuş tərəfdaşlarımızdandır və Azərsun Akademiyası olaraq ALPHAnın şəxsi inkişaf təlimlərindən faydalanırıq.

Cəlal Eynullayev
Azərsun Akademiyası, Direktor