İnsan Resurslarının idarə edilməsi Kursu

İnsan Resurslarının idarə edilməsi Kursumuz 6 Modul, ümumilikdə 36 saatdan ibarətdir.

Bir-birindən maraqlı mövzuları əhatə edən kursumuz özündə nəzəri və praktiki bilik və bacarıqları birləşdirir. Təbii ki, İnsan resurslarının idarə edilməsi təkcə, işçinin işə götürülməsi, yerdəyişməsi və xaric edilməsi; məzuniyyət; əməkhaqqı sistemi kimi sənədləşmə işləri ilə yekunlaşmır. İnsan resursları mütəxəssisləri eyni zamanda işçinin şirkətə bağlayacaq dəyərlərin formalaşdırılmasında önəmli rola sahibdir. İşçinin peşə biliyinin artırılması üçün görülən tədbirlər, onun həvəsləndirilməsi, müxtəlif sosial güzəştlər planın hazırlanması və s. bu qəbildən olan proseslərə aiddir.

Biz də bütün qeyd olunanları nəzərə alaraq, İnsan Resurslarına dair sənədləşmədən tutmuş, digər proseslərin uğurla idarə olunmasına qədər hər şeyi əhatə edən unikal bir proqramı məhz bu təlim kursunda topladıq.

Təlim kursu aşağıdakı modulları əhatə edir:

I Modul: İnsan Resurslarının İdarə edilməsinin əsasları
II Modul: İşçilərin qiymətləndirilməsi
III Modul: CV-lərin qiymətləndirilməsi və müsahibə
IV Modul: İşə qəbul
V Modul: İnsan Resursları departamentinin prosesləri
VI Modul: Xarici şirkətlərdə İnsan Resursları departamentinin digər prosesləri

Təlimin müddəti:  36 saat
Təlimin dili: Azərbaycan dili

Başlanma tarixi: 10.02.2018
Təlimin ödənişi: 445 AZN

ALPHA Card sahiblərinə 10%-li endirim tətbiq olunur.
Təlim sonrası iştirak haqqında sertifikat təqdim olunacaqdır.

Təlimdə iştirak etmək üçün aşağıdakı linkdə qeyd olunan formu doldurmağınız xahiş olunur: https://goo.gl/6mRkCv

Təlimin yeri: Pullman otel, Mikayıl Müşfiq küç. 1c, Badamdar, Bakı şəhəri.

Müraciət üçün əlaqə məlumatları:
Tel: (012)409 43 39; (055)909 22 22
E-mail: info@alpha.az

Bizimlə necə əlaqə yaratmaq olar?

Xidmətlərimiz haqqında məlumat almaq üçün
(012) 409 43 39 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilər və ya Əlaqə bölməsindəki form vasitəsi ilə müraciət edə bilərsiniz.

ALPHA Coaching & Consulting şirkəti təlim sektorundakı özünü doğrultmuş tərəfdaşlarımızdandır və Azərsun Akademiyası olaraq ALPHAnın şəxsi inkişaf təlimlərindən faydalanırıq.

Cəlal Eynullayev
Azərsun Akademiyası, Direktor