Münaqişələrin idarə edilməsi təlimi

Evdə ailəmiz, işdə həmkarlarımız və bəzən də müraciət etdiyimiz müxtəlif qurumların əməkdaşları ilə ünsiyyət zamanı münaqişəli məqamlar yaşana bilir.
Münaqişə iş yerlərində rast gəlinən adi bir hadisədir. Bəs münaqişəli vəziyyət doğurdanmı pis bir şeydir? Əslində o qədər də yox. Bələ ki, tez-tez münaqişənin yeni inkişaflar üçün fürsətlər yaratdığı da danılmaz bir həqiqətdir.

Beləliklə, müxtəlif səbəbli və ölçülü münaqişələrin həlli texnikalarını mənimsəmək hər birimiz üçün vacib amillərdəndir.

Təlim aşağıdakı başlıqlarda aparılacaq:

  • Münaqişələrə müsbət yanaşma tərzi;
  • Münaqişə haqqında 3 mif;
  • Münaqişəli vəziyyətin müəyyənləşdirilməsi metodları və analizi;
  • Produktiv/Məhsuldar münaqişələr üçün mərhələli planlama;
  • Uzunmüddətli və qısamüddətli planlama;
  • Yüksək stressli vəziyyətlər üçün vacib strategiyalar;
  • 4 asan addımda münaqişənin həlli;
  • Münaqişələrin həlli zamanı gözlənilən 5 mümkün nəticə.

Təlim kimlər üçün nəzərdə tutulmuşdur: 

Bu təlim yüksək dərəcədə stresslə, həddindən artıq yüklənmə, tez- tez münaqişələrlə qarşılaşan, çətin şəraitlərdə işləyən işçilər üçün nəzərdə tutulmuşdur.

Təlimdə iştirak haqqı: 180 AZN  (təlim materialları və kofe breyk qiymətə daxildir)
Təlim sonrası iştirak haqqında sertifikat təqdim olunacaq.

Təlimin tarixi: 12-13 iyul 2017, saat 10:00-14:00
Təlimin müddəti: 8 saat
Təlimin dili: Azərbaycan dili
Təlimin yeri: Pullman otel, Mikayıl Müşfiq küç. 1c, Badamdar, Bakı şəhəri.

Müraciət üçün əlaqə məlumatları: 
Tel: (012)409 43 39; (055)909 22 22
E-mail: info@alpha.az

Bizimlə necə əlaqə yaratmaq olar?

Xidmətlərimiz haqqında məlumat almaq üçün
(012) 409 43 39 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilər və ya Əlaqə bölməsindəki form vasitəsi ilə müraciət edə bilərsiniz.

ALPHA Coaching & Consulting şirkəti təlim sektorundakı özünü doğrultmuş tərəfdaşlarımızdandır və Azərsun Akademiyası olaraq ALPHAnın şəxsi inkişaf təlimlərindən faydalanırıq.

Cəlal Eynullayev
Azərsun Akademiyası, Direktor