Kouçinq proqramlarımız

ALPHA Coaching və Consulting şirkəti Azərbaycanda fərdi və korporativ kouçinq xidmətləri təqdim edən şirkətdir. Beynəlxalq Kouçinq Federasiyası (ICF) tərəfindən sertifikatlaşdırılmış kouçlarımız şəxsi və iş həyatınızı daha məhsuldar və zəngin edə bilməyiniz üçün sizə öz peşəkar xidmətlərini təklif edirlər. Qeyd edək ki, bizim kouçlarımız dünyanın ən nüfuzlu kouçinq məktəblərindən sayılan Kanada mərkəzli Adler International institutunun məzunlarıdırlar.

Şirkətimiz Beynəlxalq Kouçinq Federasiyasının standartlarına tam cavab verən aşağıdakı kouçinq xidmətlərini həyata keçirir.

  • “Kouç sayağı Lider” kouçinq proqramı;
  • “Biznes kouçinq” proqramı;
  • “Korporativ kouçinq” proqramı;
  • “İşgüzar xanım” kouçinq proqamı;
  • Yeni mən” kouçinq proqramı;
  • “Valideyn – övlad” kouçinq proqramı.

Bütün proqramlar kouç və müştəri arasında təkbətək görüş şəklində həyata keçirilir və sessiyaların müddəti, eyni zamanda qarşılıqlı gözləntilər ilk görüş zamanı razılaşdırılır. Sessiyalar başlamadan əvvəl kouç və müştəri arasında məxfilik və qarşılıqlı öhdəliklər barədə müqavilə bağlanılır.

Kouç sessiyalarımızın əsas mərhələləri aşağıda göstərilmişdir:

14593178_1230817246969896_181292755_n-png

Kouçinq xidmətlərimiz haqqında məlumat almaq üçün (012) 409 43 39, (055) 909 22 22 nömrəli telefonlarla və ya info@alpha.az e-mail ünvanı vasitəsi ilə bizə müraciət edə bilərsiniz.

Bizimlə necə əlaqə yaratmaq olar?

Xidmətlərimiz haqqında məlumat almaq üçün
(012) 409 43 39 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilər və ya Əlaqə bölməsindəki form vasitəsi ilə müraciət edə bilərsiniz.

ALPHA Coaching & Consulting şirkəti təlim sektorundakı özünü doğrultmuş tərəfdaşlarımızdandır və Azərsun Akademiyası olaraq ALPHAnın şəxsi inkişaf təlimlərindən faydalanırıq.

Cəlal Eynullayev
Azərsun Akademiyası, Direktor