Müştəriyönümlü xidmət mədəniyyəti təlimi

Müştəri yönümlü satış ən qısa zamanda müştəri məmnuniyyətinin yüksəldilməsinə səbəb olan bir faktordur. Xüsusilə, şirkətlərin müştəri təmsilçiləri üçün səmərəli ünsiyyətdə səs tonunun və emosional stabilliyin önəmi, müştərilərlə səmərəli ünsiyyətin şərtləri və prinsipləri, müştəri məmnunluğunun təmin olunmasında qarşılıqlı ünsiyyət meyarının rolu danılmazdır.

Bu məqsədlə, əgər SİZ də düzgün ünsiyyət qurma bacarığına yiyələnmək, neqativ emosiyanın və aqressiyanın idarə olunması, müştərini ünsiyyət prosesində düzgün dinləmək və ona düzgün izahetmə və istiqamətləndirmə bacarığınızı təkmilləşdirmək niyyətindəsinizsə, bu təlim məhz SİZİN üçündür.

Təlim aşağıdakı başlıqlarda aparılacaq:

  • Keyfiyyətli xidmətin əsasları;
  • Müştərilərlə keyfiyyətli ünsiyyətin qurulması;
  • Müştərilərlə keyfiyyətli ünsiyyətin inkişaf etdirilməsi;
  • Səmərəli ünsiyyətin meyarları;
  • NLP və müştəri xidmətləri;
  • Müştərilər ilə ünsiyyətdə qadağan olan sözlər və davranışlar;
  • Müasir müştərinin ehtiyacları;
  • Etiraz və şikayətlərlə iş;
  • Problemli müştərilərlə düzgün danışıq üsulları;
  • Müştəri məmnuniyyətinin ölçülməsi.

Təlim kimlər üçün nəzərdə tutulmuşdur: 

Təlim Müştəri xidmətləri departamentini təmsil edən əməkdaşlar, eyni zamanda rəhbər işçilər, habelə bu sahədə praktiki vərdişlərə yiyələnmək istəyən digər şəxslər üçün hazırlanmışdır.

Təlim sonrası iştirak haqqında sertifikat təqdim olunacaqdır.

Təlimin tarixi: 10-11 avqust 2017, saat 10:00-14:00
Təlimin müddəti:  8 saat
Təlimin dili: Azərbaycan dili

Təlimin yeri: Pullman Hotel, Mikayıl Müşfiq küç. 1c, Badamdar, Bakı şəhəri.

Təlimdə iştirak haqqı: 180 AZN (təlim materialları və kofe breyk qiymətə daxildir)
Təlimdə iştirakınızı təsdiqləmək üçün linkdəki formanı doldurmağınız xahiş olunur: https://goo.gl/Hrb2Gi

Müraciət üçün əlaqə məlumatları:
Tel: (012)409 43 39; (055)909 22 22
E-mail: info@alpha.az

 

Bizimlə necə əlaqə yaratmaq olar?

Xidmətlərimiz haqqında məlumat almaq üçün
(012) 409 43 39 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilər və ya Əlaqə bölməsindəki form vasitəsi ilə müraciət edə bilərsiniz.

ALPHA Coaching & Consulting şirkəti təlim sektorundakı özünü doğrultmuş tərəfdaşlarımızdandır və Azərsun Akademiyası olaraq ALPHAnın şəxsi inkişaf təlimlərindən faydalanırıq.

Cəlal Eynullayev
Azərsun Akademiyası, Direktor