Partnyorlarımız

adler

Adler International Learning haqqında

Adler International Learning şirkəti Adler Professional Məktəblərinin rəhbəri Dr. Linda Page tərəfindən 1998-ci ildə Torontoda yaradılmışdır. İş dünyasında Adlerçi tətbiqlər üzərə mütəxəssis olan Dr. Linda Page, idarəçilik sahəsində böyük təcrübəyə sahib 15 professional kouçdan ibarət bir heyət ilə onlara verilən pilot təhsildən sonra əhatəli məzmunu olan Adler Peşəkar Kouçinq Sertifikat Proqramını yaratmışdır.

Adler International 2006-cı ildə  kouçinq peşəsinin etika qaydalarını, tədris istiqamətlərini və standartlarını təyin edən təşkilatların ən nüfüzlusu sayılan ICF (Beynəlxalq Kouç Federasiyası) tərəfindən profesional kouçlar yetişdirmək üçün akreditasiya almışdır. Bu, Kanadanın ilk ICF təsdiqli sertifikat proqramı idi. Alferd Adlerin “pozitiv psixologiya” nəzəriyyəsindən ilham alaraq fərdlərə və təşkilatlara yönəlik təlim proqramlarını tərtib edən Adler International Learning, daha əvvəllər Toronto Universitetinin Təhsil Departamenti ilə ortaq həyata keçirdiyi “Liderlik kouçluğu” fəaliyyətlərini indi Western Universiteti ilə davam etdirir, eyni zamanda sosial xidmətlər və psixologların inkişafına yönəlmiş TAPE Studies for Proffesionals təşkilatı ilə 10 ildən artıqdır ki, əməkdaşlıq edir.  Adler International Learningin qardaş quruluşu olan Adler Graduate Professional School isə psixologiya üzrə tam akreditasiyalı magistr proqramları təqdim etməkdədir.

ADLER KOUÇİNQ MODELİ

Adler kouçinq modeli həm adını, həm də əsas prinsiplərini “kouçinqin atası” sayılan avstriyalı  həkim və psixoterapevt  Alfred Adlerin psixologiya çalışmalarından almışdır. Alfred Adlerin fərdin duyğu və düşüncələrini onu cəmiyyətdən təcrid etmədən, ətraf mühit faktorlarını da nəzərə alaraq bütövlüyünü pozmadan ələ alan yanaşması müasir fərdi psixologiyanın əsaslarındandır. Hər insanın doğuşdan etibarən sahib olduğu güclü tərəfləri və topladığı təcrübələri ilə bənzərsiz  resurs olduğuna inanan bu yanaşma Adler kouçinq modelinin “fərqliliyə dəyər verən” və “bütövlüyün hissələrdən əhəmiyyətli olduğunu” xatırladan xarakterinin əsasını təşkil edir.

ADLER INTERNATIONAL LEARNING CENTRAL EUROPE

Adler International Türkiyədə 2008-ci ildən etibarən Adler Türkiyə olaraq fəaliyyət göstərməyə başlamış və 2010-cu ildən başlayaraq Orta Avropa, Yaxın Şərq və Dubayın da xidmət coğrafiyasına əlavə edilməsi ilə birlikdə Adler Central Europe olaraq yeniden adlandırılmışdır. ICF akreditasiyalı Peşəkar  Kouçinq Sertifikat Proqramı ilə bugünə kimi mindən çox üst səviyyəli idarəçi, insan resursları mütəxəssisi, təlimçi, psixoloq və digər peşə sahiblərini məzun edən Adler Central Europe Türk və İngilis dillərində tədris verir.

Adler Central Europe şirkətinin Korporativ kouçinq və mentorluq proqramları aşağıdakı kimidir:

  • Sertifikatlaşdırılmış peşəkar kouçinq proqramları;
  • Üst səviyyəli kouçinq proqramı: Practicum;
  • Müsbət Dəyişiklik: Kouç tərzində lider©;
  • Living Systems Approach©: Komanda və qrup kouçluğu;
  • Peşəkar idarəçi kouçluğu xidməti;
  • Fərdi kouçinq xidmətləri;
  • Daxili kouçinq sistemləri;
  • Mentorluq kouçluğu;
  • Korporativ mentorluq və mentilik proqramı;
  • Konfliktlərin İdarəolunması Kouçinqi proqramı.

İdarəçilik və peşəkar kouçinq sahəsindəki çoxillik təcrübəsinə dayanaraq fərdi və korporativ kouçinq və mentorluq proqramlarını təqdim edən Adler Central Europe mərkəzinin Fakultə təlimçiləri Adler İnternationalın qlobal biliklərini yerli təcrübələrlə birləşdirərərək kouçinq mədəniyyətinin şirkətlərin hər səviyyəsində mənimsənilməsini təmin etməklə,  təşkilatdaxili və təşkilatlararası ünsiyyəti inkişaf etdirərək, onların rəqabətə davamlılığını gücləndirməkdədir.

Adler Central Europe bank, avtomobil, enerji, telekomunikasiya, farmakologiya, turizm və digər bir çox sektorda ilk onluqda yer alan firmalara təqdim etdiyi xidmətlərlə davamlı və ölçülə bilən dəyər yaradır.

Adler üçbucağı

Bizimlə necə əlaqə yaratmaq olar?

Xidmətlərimiz haqqında məlumat almaq üçün
(012) 409 43 39 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilər və ya Əlaqə bölməsindəki form vasitəsi ilə müraciət edə bilərsiniz.

ALPHA Coaching & Consulting şirkəti təlim sektorundakı özünü doğrultmuş tərəfdaşlarımızdandır və Azərsun Akademiyası olaraq ALPHAnın şəxsi inkişaf təlimlərindən faydalanırıq.

Cəlal Eynullayev
Azərsun Akademiyası, Direktor