Şəxsi effektivliyin artırılması təlimi

Vaxtımızı nəyə sərf edək ki, daha da effektiv olaq? Təkmilləşmək istəyən hər insan gec-tez bu sualın cavabını axtarır.

Son zamanlar texnologiyaların yeni səviyyəyə qalxması ilə insanın qarşısında da get-gedə mürəkkəbləşən sual və problemlər meydana gəlir. Hər kəs vaxt azlığından, işlərinin səmərəli şəkildə başa çatdıra bilməməsindən şikayətlənir.

Şəxsi effektivlik təlim proqramımız, Sizin şəxsi və professional ambisiyalarınızı həyata keçirməyə kömək olmaq və işə olan töhfələrinizi artırmağı nəzərdə tutmuşdur.
Təlim proqramını tamamlayaraq, uzun müddət öz təsirini qoruyacaq yeni yanaşmalar öyrənəcəksiniz. Bu təlim kursu özünəinam hissinizi və faydalı iş əmsalınızı artıracaq, Şəxsi effektivlik düsturunuzu müəyyənləşdirəcək.

Təlim aşağıdakı başlıqlarda aparılacaqdır:

  • Effektivlik nə ilə ölçülür?;
  • İşi düzgün görmək yoxsa düzgün işi görmək?;
  • Resurslarımızın səmərəli istifadəsi texnikaları;
  • Prioritetlər və dərk etmə;
  • Effektiv ünsiyyət yaratmağın 7 addımı.

Təlim kimlər üçün nəzərdə tutulmuşdur: 

Bu təlim yüksək iş yükü və dəyişən prioritetləri effektiv şəkildə idarə etməsi gözlənilən, hal-hazırda rəhbər vəzifəli və ya rəhbər vəzifədə rol almaq iddiasında olanlar üçün xüsusi əhəmiyyətlidir və həmin şəxslərin bu təlim proqramında iştirakı tövsiyə olunandır. Eyni zamanda, vaxtını düzgün planlamaq, lazımsız məsələlərin idarə olunmasına vaxt sərf edilməsinin qarşısını almaq istəyənlər, bir sözlə təyin olunmuş vaxt çərçivəsinə ən yüksək məhsuldarlıq əldə etməyi qarşısına məqsəd qoyanlar üçün nəzərdə tutulmuşdur.

Təlim sonrası iştirak haqqında sertifikat təqdim olunacaq.

Təlimdə iştirak haqqı: 50 AZN
Təlimin tarixi: 15 iyul 2017, saat 10:00-14:00
Təlimin müddəti: 4 saat
Təlimin dili: Azərbaycan dili
Təlimin yeri: Pullman Hotel, Mikayıl Müşfiq küç. 1c, Badamdar, Bakı şəhəri.

Müraciət üçün əlaqə məlumatları: 
Tel: (012)409 43 39; (055)909 22 22
E-mail: info@alpha.az

Bizimlə necə əlaqə yaratmaq olar?

Xidmətlərimiz haqqında məlumat almaq üçün
(012) 409 43 39 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilər və ya Əlaqə bölməsindəki form vasitəsi ilə müraciət edə bilərsiniz.

ALPHA Coaching & Consulting şirkəti təlim sektorundakı özünü doğrultmuş tərəfdaşlarımızdandır və Azərsun Akademiyası olaraq ALPHAnın şəxsi inkişaf təlimlərindən faydalanırıq.

Cəlal Eynullayev
Azərsun Akademiyası, Direktor