Təlim strategiyamız

ALPHA Coaching & Consulting şirkəti sadəcə öyrədən deyil, eyni zamanda ilham verən təhsil qurumudur. Biz insanların anadangəlmə bacarıqlı, yaradıcı və inkişafa meylli olduqlarına inanırıq. Məqsədimiz insanlara sadəcə nələrisə öyrətmək deyil, eyni zamanda onların daxilindəki potansialı ortaya çıxarıb, öz güclərinə inamlarını artırmaqdır.

Tərəfdaşlarımızın ehtiyacını anlamaq bizim üçün çox əhəmiyyətlidir. Məqsədimiz müştərilərimizə davamlı və təsirini uzun müddət qoruyan həllər təqdim etməkdir. Davamlı əməkdaşlıq bizim ən böyük sərvətimizidir və tərəfdaşlarımızın uğuru bizim uğurumuzdur.

Biz tərəfdaşlarımıza “hazır həllər paketi“ deyil, onların ehtiyaclarına uyğun, korporativ mədəniyyət, dəyər və vizyonunu özündə əks etdirən “dərzi işi” təlim və yetişdirmə proqramları təklif edirik.

Təlim proqramlarımız üzvü olduğumuz Beynəlxalq Kouç Federasiyasının prinsip və tövsiyyələri ilə tam uyğunluq təşkil edir.

Təlim və yetişdirmə proqramlarımızla əlavədəki linkdə tanış ola bilərsiniz.

Bizimlə necə əlaqə yaratmaq olar?

Xidmətlərimiz haqqında məlumat almaq üçün
(012) 409 43 39 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilər və ya Əlaqə bölməsindəki form vasitəsi ilə müraciət edə bilərsiniz.

ALPHA Coaching & Consulting şirkəti təlim sektorundakı özünü doğrultmuş tərəfdaşlarımızdandır və Azərsun Akademiyası olaraq ALPHAnın şəxsi inkişaf təlimlərindən faydalanırıq.

Cəlal Eynullayev
Azərsun Akademiyası, Direktor