Komanda quruculuğu (Team Building) təlimi

Effektiv təşkilati və ya komanda quruculuğu qoyulmuş məqsədlərin, strategiyaların, iş planlarının  aydın anlaşılması ilə yanaşı komanda üzvlərinin fərdi rollarına və məsuliyyətliliklərinə əsaslanır. Yüksək keyfiyyətli və davamlı performans üçün komandanın malik olduğu patensialı əvvəlcədən müəyyənləşdirmək vacibdir. Yəni Siz İşlədiyiniz komandanın hər bir üzvünün fərdi xüsusiyyətlərini, güclü tərəflərini və hətta psixoloji durumunu ciddi araşdırmalı və yaxından bələd olmalısınız.

“Bir yerə toplaşmaq – başlanğıcdır. Bu birliyi saxlamaq – inkişafdır. Birgə işləmək –uğurdur ( H.Ford )

 

Təlim aşağıdakı başlıqlarda aparılacaq:

  • Effektiv komandanın səviyyəvi xüsusiyyətləri;
  • 4 ADDIMla komandanın maksimum səviyyədə inkişafı;
  • Hər bir individualın komandadakı rolu və fərq tərəfinin aşkarlanması;
  • Komandanın inkişafının formativ mərhələlərində onum dəstəklənməsi;
  • Konstruktiv kommunikasiya;
  • Komanda daxili münaqişələrin həlli;
  • İdeal komanda maketi;
  • Komandanın uğurlu performansı üçün əsas prinsiplər və davranış formaları;
  • İdeal komanda maketinin inkişafının monitorinqi üçün “A Planı”.

Təlim kimlər üçün nəzərdə tutulmuşdur :

İşlədiyi komandanın daim uğurlu nəticələrini görmək niyyətində olan menecerlər, həmçinin komanda daxilində özünün fərqlənməsini, digərlərindən daha aktiv aktor olaraq tanınmasını qarşısına məqsəd qoyanlar.

Təlimdə iştirak haqqı: 180 AZN (təlim materialları və kofe breyk qiymətə daxildir)
Təlim sonrası iştirak haqqında sertifikat təqdim olunacaq.

Təlimin müddəti: 8 saat
Təlimin dili: Azərbaycan dili
Təlimin yeri: Pullman Hotel, Mikayıl Müşfiq küç. 1c, Badamdar, Bakı şəhəri.

Müraciət üçün əlaqə məlumatları: 
Tel: (012)409 43 39; (055)909 22 22
E-mail: info@alpha.az

 

Bizimlə necə əlaqə yaratmaq olar?

Xidmətlərimiz haqqında məlumat almaq üçün
(012) 409 43 39 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilər və ya Əlaqə bölməsindəki form vasitəsi ilə müraciət edə bilərsiniz.

ALPHA Coaching & Consulting şirkəti təlim sektorundakı özünü doğrultmuş tərəfdaşlarımızdandır və Azərsun Akademiyası olaraq ALPHAnın şəxsi inkişaf təlimlərindən faydalanırıq.

Cəlal Eynullayev
Azərsun Akademiyası, Direktor