Telesatış bacarıqları təlimi

Son illərdə rabitə və informasiya texnologiyalarında yaşanan inkişaf və yeniliklərin sayı sürətə artarkən bu yeniliklərin həyatımıza sirayət olunma müddəti də olduqca qısalmışdır. Müştəri ilə birbaşa ünsiyyətdə olaraq, satışın həyata keçirildiyi ənənəvi üsuldan başqa, günümüz üçün yeni trend olan soyuq satış – email, telefon və s ilə potensial satışın həyata keçirilməsinin də şahidi oluruq.

Telefonda satış ən təsirli və önəmli satış kanallarından biri kimi dəyərləndirilir. Bu, kifayət qədər önəmli məbləğlərin dövr etdiyi bir bazar olaraq qəbul olunsa da bəzən məhz ən çətin satış kanalı olduğu da vurğulanır.

Təlim aşağıdakı başlıqlarda aparılacaq:

  • Telefonla danışıqlarda NLP;
  • Müasir müştərinin ehtiyacları;
  • Soyuq zənglər;
  • Müştərilərlə münaqişələrinin həlli yolları;
  • Çətin müştəri növləri və onlarla ünsiyyət taktikası;
  • Simulyasiya oyunları.

Təlimin tarixi: 24-25 iyul 2017, saat 10:00-14:00
Təlimin müddəti: 8 saat
Təlimin dili: Azərbaycan dili
Təlimin yeri: Pullman otel, Mikayıl Müşfiq küç. 1c, Badamdar, Bakı şəhəri.

Təlimdə iştirak haqqı: 180 AZN (təlim materialları və kofe breyk qiymətə daxildir)
Təlim sonrası yekun testdən uğurla keçənlərə “müvəffəqiyyət sertifikatı”, digərlərinə “iştirakçı sertifikatı” təqdim olunacaqdır.
Təlimdə iştirak üçün aşağıdakı formunu doldurmanız vacibdir: https://goo.gl/xzC247

Müraciət üçün əlaqə məlumatları: 
Tel: (012)409 43 39; (055)909 22 22
E-mail: info@alpha.az

 

Bizimlə necə əlaqə yaratmaq olar?

Xidmətlərimiz haqqında məlumat almaq üçün
(012) 409 43 39 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilər və ya Əlaqə bölməsindəki form vasitəsi ilə müraciət edə bilərsiniz.

ALPHA Coaching & Consulting şirkəti təlim sektorundakı özünü doğrultmuş tərəfdaşlarımızdandır və Azərsun Akademiyası olaraq ALPHAnın şəxsi inkişaf təlimlərindən faydalanırıq.

Cəlal Eynullayev
Azərsun Akademiyası, Direktor