Yüksək Effektivli Liderlik təlimi

Hal-hazırda yeni texnologiyalarla dəyişikliklərin çox sürətli olması, rəqabətin artması kimi səbəblərdən müəssisələrdə liderlərə olan ehtiyac sürətlə artmaqdadır. Müəssisə rəhbərliyinin müvəffəqiyyəti üçün liderlik lazımlı bir ünsürdür.

Bu təlimin məqsədi şirkət rəhbərlərinə müasir idarəetmə üsullarını və effektiv liderlik yanaşmalarını göstərərək, onların təşviq və idarəetmə qabiliyyətlərini inkişaf etdirməkdir. Bu tip idarəçilər yol göstərən, icraya yönəldə bilən, motivasiyaedici olub şirkətin məhsuldarlığını artıran fəaliyyətlərdə fərqlənirlər. Eyni zamanda proqram özünüzə xas liderlik tərzinizi formalaşdırmaqda və effektiv istifadə etmənizdə köməkçi olacaq.

Təlim aşağıdakı başlıqlarda aparılacaq:

  • Liderlik konsepsiyaları;
  • Liderlik matrisası anketi;
  • İnsanın davranış modelləri;
  • İnsanların öz işlərindən gözləntisi nədir?;
  • Günahlandırmaq əvəzinə səhvlərdən öyrənin;
  • Pozitiv dəstək;
  • Liderlik üslubları;
  • Emosional zəka;
  • Daxili liderlik;
  • Liderlik modelleri.

Təlimin müddəti:  8 saat
Təlimin dili: Azərbaycan dili
Təlimin yeri: Pullman otel, Mikayıl Müşfiq küç. 1c, Badamdar, Bakı şəhəri.

Təlimdə iştirak haqqı: 180 AZN (təlim materialları və kofe breyk qiymətə daxildir)
Təlim sonrası iştirak haqqında sertifikat təqdim olunacaq.

Müraciət üçün əlaqə məlumatları:
Tel: (012)409 43 39; (055)909 22 22
E-mail: info@alpha.az

 

Bizimlə necə əlaqə yaratmaq olar?

Xidmətlərimiz haqqında məlumat almaq üçün
(012) 409 43 39 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilər və ya Əlaqə bölməsindəki form vasitəsi ilə müraciət edə bilərsiniz.

ALPHA Coaching & Consulting şirkəti təlim sektorundakı özünü doğrultmuş tərəfdaşlarımızdandır və Azərsun Akademiyası olaraq ALPHAnın şəxsi inkişaf təlimlərindən faydalanırıq.

Cəlal Eynullayev
Azərsun Akademiyası, Direktor