İndi dəyişiklik zamanıdır. “Nə üçün”lərinə cavab axtararaq “necə”lərini yaratmağa çalışan fərdlərə və təşkilatlara dəyişiklik və inkişaf yolunda bələdçilik edirik. Ətraflı Bizimlə əlaqə
985319

Özünü dəyiş – ətrafındakı dünya dəyişsin.

Qısaca

Kouçinq

Kouçinq – insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi inkişaf prosesidir.

Həyatlarında müsbət dəyişikliklərə qərar verən insanlar yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün kouç adlanan şəxsi inkişaf bələdçisinin müşayiəti ilə ruhi və zehni səyahətə başlayırlar.

MəxfİLİK

Biz uğura aparan yolda sizinlə birlikdə addımlayan bələdçinizik və aramızdakı ən vacib razılaşma – güvən və məxfilik olacaq. 

TƏCRÜBƏ

Üzləşdiyiniz problemlərin həlli üçün zəngin təcrübəmizi ortaya qoyur, bununla yanaşı müasir iş dünyasının sınanılmış və etibarlı alətlərini xidmətinizə təqdim edərək, baxış bucağınızın genişləməsinə fürsət yaradırıq.

Əməkdaşlıq

“Dərzi üsulu”ndan istifadə edərək ehtiyaclarınıza uyğun həll yaratmaq üçün sizinlə yaxından əməkdaşlıq edirik. Tərəfdaşlarımızla ahəng və sinergiya içərisində çalışmaq – bizim iş fəlsəfəmizdir.

Dayanıqlılıq

Məqsədimiz qısamüddətli həllər təqdim etmək deyil, effektiv və uzun müddətli inkişafa nail olmaq və özü özünü yeniləyən fərdlərin və təşkilatların formalaşmasına köməklik göstərməkdir.

Peşəkar kouçinq xidmətləri axtarırsınız? Sizinlə işləməyə şad olarıq!

XİDMƏTLƏRİMİZ

Sizə necə faydalı ola bilərik?

Təlimlər

Biz tərəfdaşımıza hazır təlim konsepsiyası təklif etmirik. Sifarişçini diqqətlə dinləyərək və anlayaraq onun ehtiyacına uyğun məzmun yaratmaq – bax, bizim təlim anlayışımız budur! Məqsədimiz – iştirakçılarda fərqindəlik yaratmaqdır.

Fərdi kouçinq sessiyaları

Beynəlxalq Kouçinq Federasiyası və Avropa Mentorluq və Kouçinq Şurası kimi nüfuzlu təşklilatlar tərəfindən akreditasiya edilmiş peşəkar kouçlarımızın bələdçiliyi ilə siz özünükəşf səyahətinizi daha məhsuldar, faydalı və nəticəyönümlü edəcəksiniz.

Komanda kouçinqi

Sertifikatlaşdırılmış və beynəlxalq təcrübəyə sahib komanda kouçlarımız şirkətdaxili komandaların missiyalarını aydınlaşdıraraq və daha açıq kommunikasiya ortaya qoyaraq daha məhsuldar nəticələrə yönəlməsinə dəstək olur.

Mentorluq

Mentorluq müasir iş həyatının ən effektiv təkmilləşmə və inkişaf alətlərindən biri sayılır. Korporativ mentorluq proqramlarımız vasitəsi ilə biz şirkətlərə daxili resursları vasitəsi ilə özlərini daha sürətlə və dayanıqlı şəkildə yeniləmə fürsətlərini təqdim edirik.

Konsaltinq

Davamlı şəkildə dəyişən və yenilənən dünyanın tələblərinə uyğunlaşarkən öz orijinallığını qorumaq vacibdir. Fəaliyyət göstərdiyiniz ekosistemi və ehtiyaclarınızı analiz edərək gələcək vizyonunuza xidmət edən dayanıqlı həllər yaradırıq.

Netvorkinq

Bizimlə eyni sahədə fəaliyyət göstərən peşəkarları özümüzə rəqib deyil, həmkar olaraq görürük. Birgə əməkdaşlığın bizlərin və ümumilikdə fəaliyyət göstərdiyimiz sektorun inkişafına öz müsbət təsirini göstərəcəyinə inanırıq.

Son xəbərlər

Paşa Bankda ToT təlimlərimiz davam edir

“PAŞA Bank İstedad Akademiyası” çərçivəsində“ başladılan və 30 nəfər təlimçi namizədini əhatə edən Təlimçilərin Təlimi Proqramının (ToT) I modulu başa çatdı.

October 4, 2024
Baku Coaching & Leadership Conference

The conference to be held on April 5, 2019 in Boulevard Hotel Baku, aims to share with you the world’s leading and tested experiences in the field of coaching and leadership. The conference is organized with a strong support of International Coach Federation.

March 28, 2019
ADLER Certified Coaching Programs in Baku

ALPHA Coaching & Consulting, which is a leading provider of coaching and training services in Azerbaijan has made a principal and partnership agreement with Canada-based  Adler International Learning, is one of the world’s leading schools of professional coaching education. According to the agreement, Adler International, which serves for more than 500 companies and about 5,000 managers in America…

March 26, 2019