• alphaweb
  • Uncategorized
  • No Comments

“PAŞA Bank İstedad Akademiyası” çərçivəsində başladılan və 30 nəfər təlimçi namizədini əhatə edən Təlimçilərin Təlimi Proqramının (ToT) I modulu başa çatdı. Növbəti mərhələ imtahan və təqdimatlar mərhələsidir. Bu mərhələni uğurla keçən əməkdaşlar II modula davam edəcək və ən sonda Paşa Bankda daxili təlimçi kimi fəaliyyət göstərmə səlahiyyəti əldə edəcəklər. Qeyd edək ki, bu proqram ALPHA Coaching & Consulting və iBloom LLC şirkətlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilir və peşəkar təlimçilər Fidan Əzimli və Elçin Əzimli tərəfindən təqdim olunur.

Author: alphaweb