Biz kimik?

Kouçinq, konsaltinq və biznes təlimləri üzrə xidmətlər təqdim edən şirkətimiz 2011-ci ildə yaradılmışdır. İşimiz – insan mühəndisliyidir. Məqsədimiz özünüdərkin artırılması istiqamətində insanlara bələdçilik etmək və onların öz potensial və güclü tərəflərini kəşf edərək davamlı inkişaf prosesinə daxil olmalarına dəstək olmaqdır.

Bu gün biz ölkənin qabaqcıl şirkət və təşkilatları ilə əməkdaşlıq edir, onların biznes həllərinin bir parçası olmağa çalışırıq. Qurum daxilində emosional iqlimin yaxşılaşdırılması, ayrı-ayrı fərdlərin davranış bacarıqlarının təkmilləşərək kollektiv davranışa çevrilməsi, fərdlər və komandalar arasında daha rahat və etibarlı ünsiyyət mühitinin yaradılması əsas vəzifələrimizdəndir.

İşimiz - insan mühəndisliyidir.

Biz insanların unikal və təkrarolunmaz olduğuna inanır, buna görə də onlara hazır, universal və standart həllər təklif etmirik. Biz insanların öz ehtiyaclarına uyğun həlləri özlərinin yaratmağına dəstək oluruq.

Dəyərlərimiz Aristotelin “Ritorika”sında əks olunan “ethos, pathos, logos” düsturlarından ilham almışdır.

Ethos.

Etikanı təmsil edir. Əxlaqlı, olğun xarakterli və etibarlı olmaq – bizim başlıca dəyərimizdir.

Pathos.

Empatiyanı təmsil edir. Biz insanların potensialına və gücünə inanır, onların dəyərlərinə, duyğularına və düşüncələrinə dəyər veririk.

Logos.

Biz biliyin və məntiqin gücünə inanırıq. Bilik – bizim üçün böyük dəyərdir. Biz davamlı şəkildə öyrənir və öyrəndiklərimizi paylaşırıq.

Gələcəyimizi necə təsəvvür edirik?

Vizyonumuz – fəaliyyət göstərdiyimiz sektorun qabaqcıl, yenilikçi və fərqlilik yaradan, xidmət və fəaliyyətləri ilə rəqiblərin nümunə götürdüyü, müştərilərin üstünlük verdiyi şirkət olmaqdır.

İndi dəyişiklik zamanıdır.

"ALPHA" sözünün mənası

Korporativ brendimizin parçası olan “ALPHA” sözü yunan əlifbasının Άλφα, ərəb əlifbasının Əlif, finikiya və yəhudi əlifbalarının Alef hərflərindən ilhamlanaraq yaradılmışdır. Müasir latın əlifbasının ilk hərfi olan “A” hərfi də öz kökünü Alphadan alır.

Alpha fəlsəfədə ilk olmanın və başlanğıcın, ən yaxşının və ən güclünün rəmzi kimi qəbul edilmişdir. Elmin qapısı sayılan Alphabet (bizim dildə Əlifba) sözü Alpha (Əlif) ilə başlayır. Biz də bu fəlsəfədən ilham alaraq fəaliyyət göstərdiyimiz sahələrdə ən öndə və ən güclü olmağı hədəfləyirik.

İnsan beyninin davamlı şəkildə elektromaqnit dalğaları yaratdığı elm tərəfindən bilinən həqiqətdir və bu hadisə psixofiziologiyada beynin ritmik aktivliyi adlanır. Beyin tərəfindən ötürülən dalğalardan biri və ən vacibi Alpha dalğalar sayılır.

7.5–12.5 Hz aralığında müşahidə olunan Alpha dalğalar əsasən insanın gümrah, rahat və sakit psixoloji vəziyyətində generasiya olunur. Beynin Alpha vəziyyətində hüzurun, diqqət və konsentrasiyanın, dincəlmənin, pozitiv düşüncənin, özünüdərkin, yaradıcılıq və təxəyyülün ən yüksək səviyyəsinə çatır. Alpha vəziyyəti “həzz hormunu” sayılan endorfinin daha çox ifraz olunduğu və immunitetin gücləndiyi anlardır. Sadəcə Alpha vəziyyətdə özünütənzimləmə və əsəb sisteminin bərpası mümkündür. Bu dalğalarda ikən beynimizin verdiyimiz qərarlar daha sağlam və yaradıcı qərarlardır. Alpha vəziyyəti beynin sağ və sol yarım kürələrinin (məntiq və duyğularımızın) tarazlığa daha yaxın olduğu vəziyyətdir. Nəhayət, Alpha dalğalarında şüuraltına enmək və intuitsiyaya daha çox güvənmək mümkündür.

Alpha dalğalarının güclənməsi emosional rahatlanmağa və şüurun genişlənməsinə şərait yaradır. Yaradıcı insanlar bu anı ilham anı adlandırırlar. Dünyadakı bir çox elmi kəşflər və mədəni nəaliyyətlər məhz beynin Alpha dalğalarını yaşadığı anlarda ortaya çıxmışdır.