Kouçinq proqramlarımız

Beynəlxalq Kouçinq Federasiyası (ICF) və Avropa Mentorinq və Kouçinq Şurasının (EMCC) standartlarına cavab verən kouçinq proqramlarımız iki istiqamətdə – fərdi və komanda kouçinqi sessiyaları şəklində həyata keçirilir.

Fərdi sessiyalar kouç və müştəri arasında təkbətək görüş şəklində həyata keçirilir və sessiyaların müddəti, eyni zamanda qarşılıqlı gözləntilər “kimya görüşü” adlanan ilk tanışlıq görüş zamanı razılaşdırılır. Sessiyalar başlamadan əvvəl kouç və müştəri arasında məxfilik və qarşılıqlı öhdəliklər barədə müqavilə bağlanılır.

Kouçinq sessiyalarının gündəliyi və mövzusu bu xidməti alan şəxslər tərəfindən təyin olunur. Şirkətlər tərəfindən maliyələşdirilən korporativ kouçinq proqramlarında şirkət rəhbərliyi kouçinq proqramının gündəliyini təyin etmə səlahiyyətinə sahibdir.

Tərəfimizdən təqdim edilən kouçinq proqramları aşağıdakılardır:

  • “Kouç sayağı lider” proqramı
  • “Biznes kouçinq” proqramı
  • “Karyera kouçinqi” proqramı
  • “İşgüzar xanım” kouçinq proqamı
  • “Yeni mən” kouçinq proqramı
  • “Valideyn – övlad” kouçinq proqramı

 

Kouçinq proqramlarımızda ikinci istiqamət – komanda kouçinqi (team coaching) proqramıdır. Bu proqram 5-12 fərdin təşkil etdiyi kiçik qruplar şəklində həyata keçirilir. Sertifikatlaşdırılmış komanda kouçlarımız şirkətlərdəxili komandaların missiyalarını aydınlaşdıraraq və daha çox açıq kommunikasiya ortaya qoyaraq daha məhsuldar nəticələrə yönəlməsinə dəstək olur.

Kouçinq nədir?

Kouçinq  insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi inkişaf prosesidir. Həyatlarında müsbət dəyişikliklərə qərar verən insanlar yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün kouç adlanan şəxsi inkişaf bələdçisinin müşayiəti ilə ruhi və zehni səyahətə başlayırlar. Kouçinqin əsas məqsədi – bu xidməti alan şəxsin potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin və sədlərin yıxılaraq performansının maksimuma çatdırılmasıdır. Kouçinq prosesinə daxil olan şəxslər həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək daha böyük özünəinam və həvəslə şəxsi həyatlarında nizam-intizam yaratmağa başlayırlar.